Moldava da qarışır: Qaqauziya başqanı həbs edildi

  • AVROPA
  • Mayıs 16, 2025
  • 0 Comments

Moldovanın tərkibindəki Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul (Евгения Гуцул) çərşənbə axşamı, martın 25-i axşam Kişinyov hava limanında saxlanılıb.

“Tədbir cinayət işi çərçivəsində həyata keçirilib”. Bunu Moldova Milli Antikorrupsiya Mərkəzindən (KNA) bildiriblər. Qutsul hələlik 72 saatlığına polis nəzarətinə verilib.

Moldovanın TV8 telekanalı xəbər verir ki, bir gün əvvəl KNA Qutsulun Rusiyayönlü “Şor” partiyasını qanunsuz maliyyələşdirməsi ilə bağlı iş üzrə sübutların təqdimatını başa çatdırıb. İstintaqın məlumatına görə, Qutsul 2019-2022-ci illərdə partiyada katib işləyərkən Rusiyadan mütəşəkkil cinayətkar qrupdan aldığı pulları sistemli şəkildə Moldovaya idxal edib.

Qutsul isə hesab edir ki, ona qarşı cinayət işi Moldova prezidenti Maia Sandunun “sifarişi ilə hazırlanıb”.

Reuters qeyd edir ki, rusiyayönlü deputat Aleksandru Nesterovski oxşar korrupsiya ittihamı ilə 12 il həbs cəzasına məhkum edildikdən sonra ötən həftə yoxa çıxıb. Və ardınca Qutsul saxlanılıb.

Qutsul və ailəsi Avropa Birliyinin sanksiyalarına daxil edilmiş şəxslərdir. Brüssel 2024-cü ilin oktyabrında onları Moldovada sabitliyin pozulmaqda günahlandıraraq sanksiya siyahısına daxil edib. Brüsselin fikrincə, Qutsal regionda “separatizmi təbliğ etmək” üçün məsuliyyət daşıyır, “konstitusiya quruluşunu devirməyə, Moldovanın suverenliyini və müstəqilliyini təhdid etməyə” çalışır.

EDMON DANTES

  • Oxşar mövzular

    • AVROPA
    • Mayıs 21, 2025
    • 48 views
    AB-də qaçqın qəbuluna son verəcək qərar hazırlanır

    • AVROPA
    • Mayıs 16, 2025
    • 13 views
    AB-dən 1,5 trilyonluq silahlanma büdcəsi

    Bir yanıt yazın

    E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

    Gündəm

    AB-də qaçqın qəbuluna son verəcək qərar hazırlanır

    • By admin
    • Mayıs 21, 2025
    • 48 views
    AB-də qaçqın qəbuluna son verəcək qərar hazırlanır

    İsrail-İran kəşfiyyatı Bakıda toqquşdu, agentlik sədri töhmət aldı

    • By admin
    • Mayıs 16, 2025
    • 17 views
    İsrail-İran kəşfiyyatı Bakıda toqquşdu, agentlik sədri töhmət aldı

    Tramp Qarabağ separatçılarının azad edilməsini istəyir

    • By admin
    • Mayıs 16, 2025
    • 16 views
    Tramp Qarabağ separatçılarının azad edilməsini istəyir

    Qarabağın adı Azərbaycanın, dadı isə məmurlarındır

    • By admin
    • Mayıs 16, 2025
    • 18 views
    Qarabağın adı Azərbaycanın, dadı isə məmurlarındır

    Əvəz Zeynallı azad edildi

    • By admin
    • Mayıs 16, 2025
    • 13 views
    Əvəz Zeynallı azad edildi

    Moldava da qarışır: Qaqauziya başqanı həbs edildi

    • By admin
    • Mayıs 16, 2025
    • 13 views
    Moldava da qarışır: Qaqauziya başqanı həbs edildi