Qarabağın adı Azərbaycanın, dadı isə məmurlarındır

Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nı təqdim edərkən Qarabağ və işğaldan azad edilmiş bölgələrin bərpası üçün ayrılan vəsaitlərdən də danışıb. Baş nazirn deyib ki, 2021-2024-cü illərdə bu bölgənin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən əvvəlcə 17,6 milyard AZN, 2024-cü ildə yenidən 5 milyard 347 milyon manat ayrılıb. 2025-ci ildə isə ayrılan vəsaitin həcmi hələlik 4 milyard manatdır. Amma bu son deyil. Büdcədən məcburi köçkünlərin sosial müdafiəsinə əlavə 329 milyon manat da xərclənib. Açıqlanan rəqəmləri və müdafiə xərclərini də hesablayanda bəlli olur ki, Azərbaycan hakimiyyəti son 5 ildə Qarabağ bölgəsində bərpa işləri adıyla 30 milyard manatdan çox pul xərcləyib. Bu müddət ərzində isə Qarabağ və işğaldan azad edilmiş digər rayonlarda cəmi 2036 ailə məskunlaşdırılıb.

Füzuli şəhəri – 822 ailə (3132 nəfər)

– Şuşa şəhəri – 147 ailə (570 nəfər)

– Laçın şəhəri – 552 ailə (2031 nəfər)

– Xocalı şəhəri – 44 ailə (169 nəfər)

– Sus kəndi – 59 ailə (215 nəfər)

– Ağalı kəndi – 175 ailə (871 nəfər)

– Talış kəndi – 20 ailə (90 nəfər)

– Zabux kəndi – 217 ailə (823 nəfər)

Dövlət təşkilatı işçiləri, məzuniyyətə göndərilən şəxslər və digər şəxslərlə birlikdə hazırda bölgələrdə maksimum 30 min insan yaşayır. 2026-cı ildə onların sayı 36 minə çatmalıdır. Büdcədən isə milyardlarla manat pul ayrılır.

Onu da qeyd edək ki, 2026-cı il üçün də büdcədən 6 milyard manat ayrılacağı planlaşdırılır.

EDMON DANTES

  • Oxşar mövzular

    Əvəz Zeynallı azad edildi

    Fuad Muradovun ABŞ-da batırdığı pullar

    Bir yanıt yazın

    E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

    Gündəm

    AB-də qaçqın qəbuluna son verəcək qərar hazırlanır

    • By admin
    • Mayıs 21, 2025
    • 48 views
    AB-də qaçqın qəbuluna son verəcək qərar hazırlanır

    İsrail-İran kəşfiyyatı Bakıda toqquşdu, agentlik sədri töhmət aldı

    • By admin
    • Mayıs 16, 2025
    • 17 views
    İsrail-İran kəşfiyyatı Bakıda toqquşdu, agentlik sədri töhmət aldı

    Tramp Qarabağ separatçılarının azad edilməsini istəyir

    • By admin
    • Mayıs 16, 2025
    • 16 views
    Tramp Qarabağ separatçılarının azad edilməsini istəyir

    Qarabağın adı Azərbaycanın, dadı isə məmurlarındır

    • By admin
    • Mayıs 16, 2025
    • 18 views
    Qarabağın adı Azərbaycanın, dadı isə məmurlarındır

    Əvəz Zeynallı azad edildi

    • By admin
    • Mayıs 16, 2025
    • 13 views
    Əvəz Zeynallı azad edildi

    Moldava da qarışır: Qaqauziya başqanı həbs edildi

    • By admin
    • Mayıs 16, 2025
    • 12 views
    Moldava da qarışır: Qaqauziya başqanı həbs edildi