
Time TV Avropa Komissiyasının məlumatına əsasən bildirir ki, artıq AB-yə sığınacaq üçün gələn şəxslər gəldikləri ölkəyə geri göndərmək mümkün olmazsa, AB-yə daxil olduqları dövlətə göndəriləcəklər. Belə ki, əgər, bir Azərbaycan, yaxud Türkiyə vətəndaşı Avropa Birliyi ərazisinə Serbiya, yaxud Albaniyadan keçərək daxil olubsa, həmin şəxsin Azərbaycana göndərilməsi təhlükəlidirsə, onu AB-yə daxil olduğu ölkəyə geri göndərəcəklər. Bu da o deməkdir ki, Dublin sazişinə oxşar qaydalar tətbiq edilməyə başlayacaq. Sığınacaq axtaran şəxsin AB-yə daxil olduğu ölkə təhlükəsiz ölkədirsə, onu həmin ölkəyə dərhal, sığınacaq üçün ərizəsinə baxılmadan geri göndərəcəklər. Bununla da Avropa Komissiyası Aİ üzv dövlətlərinin sığınacaq axtaranları sığınacaq proseduru olmadan təhlükəsiz hesab edilən ölkəyə birbaşa qaytarmasını asanlaşdırır. Bu, sığınacaq axtaran şəxsin müraciət etmək niyyətində olduğu ölkə tərəfindən göndərildiyi təhlükəsiz üçüncü ölkə arasında əlaqənin olması ilə bağlı mövcud tələbi aradan qaldırır.
Aİ-yə gəlməzdən əvvəl təhlükəsiz üçüncü ölkədən tranzit də Avropa Komissiyasının təklifinə əsasən “kifayət qədər əlaqə” hesab oluna bilər və bunun əsasında sığınacaq müraciətindən imtina edilə bilər. Təhlükəsiz ölkədən heç bir əlaqə yoxdursa və ya tranzit yoxdursa, yeni qaydalar təhlükəsiz üçüncü ölkə ilə müqavilə bağlayan Aİ Üzv dövlətlərinə də şamil edilir. Bu cür sazişləri bağlamazdan əvvəl üzv dövlətlər Avropa Komissiyasına və digər üzv üövlətlərə məlumat verməlidirlər.
Ərizələrinə baxılmayan sığınacaq axtaranlar apellyasiya şikayəti verə bilərlər. Lakin bu müraciətin dayandırıcı təsiri yoxdur. Komissiyanın fikrincə, bu, sui-istifadə hallarının qarşısını alacaq və prosessual gecikmələri azaldacaq.
EDMON DANTES