Time TV bildirir ki, bu gün Böyük Britaniya Krallığı Rusiya Federasiyasına qarşı 150 sanksiya tətbiq edib. Sanksiya Krallığın bütün torpaqlarında keçərlidir. Sanksiya Rusiyanın bu gecə Ukraynaya qarşı kütləvi hücumuna görə tətbiq edilib. Yeni sanksiyalar paketi Rusiyanın müasir texnologiyalara və proqram təminatına çıxışını məhdudlaşdırır. Sanksiyalara görə, bu gündən Rusiya bunları əldə etməkdən mərhum edilməlidir:

📍 Dronları idarə etmək üçün istifadə edilən gamepadlar.

📍 Bütün elektron komponentlər – o cümlədən gücləndiricilər və mikrosxemlər.

📍 Müasir avadanlıqlar, kimyəvi maddələr, metallar – bir sözlə, Rusiya hərbi sənaye kompleksinin gücünü gücləndirə biləcək hər şey.

Xatırladaq ki, Rusiya işğalçı müharibəyə başlayandan bəri London müntəzəm olaraq məhdudiyyətlər siyahısını genişləndirir. Məsələn, bu yaxınlarda G7 mexanizmi çərçivəsində Britaniya Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi gəlirdən Ukraynaya təxminən 1 milyard dollar ayırdı.