
O, həbsxana xərçəngə yoluxmuşdu
Time TV bildirir ki, həbsxanada xərçəngə yoluxan jurnalist Əvəz Zeynallı azad edilib. 2024-cü ildə il 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilmiş Zeynallı 4-cü dərəcəli xərçəng xəstəsidir. Dünən onun vaxtından əvvəl azadlığa çıxması üçün məhkəmə prosesi olmuşdu. Nizami Rayon Məhkəməsi onun yenidən müayinəsinin lazım olduğunu bildirərək Zeynallını azad etməkdən imtina etmişdi. Bu gün səhər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin həkimləri Zeynallının durumunun ağır olduğunu məhkəməyə yenidən bildiriblər. Nəticədə məhkəmə onun azad edilməsinə qərar verib. Hakim Nigar Qədirli xərçəng xəstəliyindən əziyyət çəkən məhkumun həbsdə qalmasını hüquqi baxımdan düzgün hesab etməyib. Və Əvəz Zeynallının cəzasının çəkilməmiş hissəsindən azad edilməsini qərara alıb.
EDMON DANTES