Fuad Muradovun ABŞ-da batırdığı pullar

İnkişaf etmiş Qərb ölkələrində öncə sığınacaq, sonra vətəndaşlıq almış və bundan sonra pul qarşılığında Azərbaycan hakimiyyətinin təbliğatçılarına çevrilmiş şəxslərə yaxşı olmayan bir xəbər var. Onların fəaliyyəti yaşadıqları dövlətlərin aidiyyatı sturukturları tərəfindən araşdırılır. Fəaliyyətlərində gizli maliyyələşdirilmə, sövdələşmə aşkar edilsə, onları yaşadıqları ölkədən deport edə və ya fəaliyyətlərini məhdudlaşdıra bilərlər. İlkin belə bir addım ABŞ-da yaşayan və “Yeni Amerikalılar Ofisi” adlı təşkilatına rəhbərlik edən Tərlan Əhmədova qarşı atılıb. O, işdən çıxarılıb və Mayn (Maine) ştatının qubernatorunun rəsmi saytından silinib, Əhmədova qarşı araşdırma başlayıb. Bu barədə ştatın Maine Wire qəzeti aprelin əvvəlində geniş araşdırma ilə çıxış edib. Araşdırmada qeyd olunur ki,  Tərlan Əhmədovun Azərbaycan hakimiyyətilə hədsiz yaxın əlaqələri onun qubernatorluqdakı  vəzifəsindən uzaqlaşdırılmasına səbəb olub.

Qubernator Janet Mills (D) mübahisəli miqrantların köçürülməsi ofisini idarə etmək üçün seçilən şəxslə – Tərlan Əhmədovla bağlı Maine Wire-nun araşdırmasından sonra onun profilini qubernatorun saytından sildirib.  Əhmədov həm də sosial şəbəkədə irqçi postlar yazmaqda günahlandırılaraq Azərbaycan hakimiyyətinin lobbiçiliyini aparmaq da ittiham edilir.

Maraqlı məqamlardan biri budur ki, Əhmədov və onu himayə edən Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov hakimiyyət dairələrində Əhmədovu erməni millətçiliyinin qurbanı kimi qələmə verirlər. Əslində onların bu iddiaları özlərini təmizə çıxartmağa xidmət edir. Maine Wire yazır ki, onun işdən kənarlaşdırılması əsasən Azərbaycan hökuməti üçün qeydiyyatdan keçməmiş xarici agent kimi işləməsi ilə bağlı eksklüziv reportajının nəticəsidir.

Fuad Muradovun Əhmədova verdiyi pullarla Azərbaycan hökuməti adından bir neçə Demokratik ştatın məmurları, Kumberlend dairəsinin vəkillik məhkəməsi hakimi Azərbaycan hakimiyyətinin lobbiçiliyinə cəlb edilib. Eyni zamanda əslən Somalidən olan və Abdullahi Ali də bu prosesə cəlb edilib. Azərbaycan hökumətinin ayırdığı pullarla somalili-amerikalıya dəbdəbəli səyahətlər təşkil olunub.

Əhmədov Amerika kimi çox millətli bir cəmiyyətdə yaşadığını nəzərə almadan bir qədər də irəli gedərək sosial şəbəkədə erməni seks model Kim Qardaşyanı şeytan buynuzlu bir karekatura ilə təqdim edib, ardınca Qarabağdakı ermənilərin köçürülməsinə haqq qazandırıb. O bunları edərkən dəbdəbəli həyat tərzilə diqqət çəkib. İtaliyanın göl sahilindəki kurortdan fotoşəkillər paylaşıb. Və amerikalılar əmin olublar ki, Əhmədov etdiklərini vətənpərvərlikdən yox, pul qarşılığında həyata keçirir.  ABŞ-da seçki kampaniyasının maliyyələrilə bağlı açıqlamalara əsasən, Əhmədov pul qarşılığında ABŞ siyasətşilərinin Türkiyə və Azərbaycana səfərlərini təşkil edib.

Araşdırma kifayət qədər genişdir və ABŞ-ın bir neçə mediası da bu mövzuya yer ayırıb. Aydın olan odur ki, Fuad Muradovun Tərlan Əhmədovun vasitəsilə Amerikada lobbişilik üçün xərclədiyi pullar öz məqsədinə çatmayıb. Əksinə Tərlan Əhmədovun dəbdəbəli həyatının sonunu gətirib. Hazırda onunla bağlı araşdırmalar davam edir.

Eyni zamanda mediada yer alan məlumatlarda bildirilir ki, Azərbaycan hakimiyyətindən maliyyələşən və bu cür lobbiçilik aparan digər şəxslərin fəaliyyəti də araşdırılır. Və elə bir vəziyyət yarana bilər ki, onları vətəndaş və ya yaşamaq icazəsi olmasına baxmayaraq, deport etsinlər və ya yaşamaq icazələri edilsin.

Məqalənin linki:

Ahmadov Out: Janet Mills’ Migrant Office Director Disappears from State Website Amid Maine Wire Investigation – The Maine Wire

EDMON DANTES

  • Oxşar mövzular

    Qarabağın adı Azərbaycanın, dadı isə məmurlarındır

    Əvəz Zeynallı azad edildi

    Bir yanıt yazın

    E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

    Gündəm

    AB-də qaçqın qəbuluna son verəcək qərar hazırlanır

    • By admin
    • Mayıs 21, 2025
    • 48 views
    AB-də qaçqın qəbuluna son verəcək qərar hazırlanır

    İsrail-İran kəşfiyyatı Bakıda toqquşdu, agentlik sədri töhmət aldı

    • By admin
    • Mayıs 16, 2025
    • 17 views
    İsrail-İran kəşfiyyatı Bakıda toqquşdu, agentlik sədri töhmət aldı

    Tramp Qarabağ separatçılarının azad edilməsini istəyir

    • By admin
    • Mayıs 16, 2025
    • 16 views
    Tramp Qarabağ separatçılarının azad edilməsini istəyir

    Qarabağın adı Azərbaycanın, dadı isə məmurlarındır

    • By admin
    • Mayıs 16, 2025
    • 18 views
    Qarabağın adı Azərbaycanın, dadı isə məmurlarındır

    Əvəz Zeynallı azad edildi

    • By admin
    • Mayıs 16, 2025
    • 13 views
    Əvəz Zeynallı azad edildi

    Moldava da qarışır: Qaqauziya başqanı həbs edildi

    • By admin
    • Mayıs 16, 2025
    • 13 views
    Moldava da qarışır: Qaqauziya başqanı həbs edildi